Kıvançın həyat yoldaşından ilk paylaşım: "Sevgi şeirinin qəhrəmanı..."

23 Fevral 2016 10:03 (UTC+04:00)

Aktyor Kıvanç Tatlıtuğ iki il sevgili olduğu stilist Başak Dizerlə keçən həftəsonu Parisdə evləndikdən sonra hələ də diqqət mərkəzindədir.


Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, B.Dizer nikahdan sonra ilk dəfə sosial mediadakı profilində paylaşım edib. Toydan bir fotonu paylaşan Dizer M.Tayyip Uslunun şeirindən bir parçanı da yazıb.


"Bir koku var sende,

Sıcak yaz akşamlarına mahsus..

Ellerinde mi,

Saçlarında mı,

Gözlerinde mi

Bilmem.. Bir koku var sende,

Sıcak yaz akşamlarına mahsus..."


Ardıyca "bir gün öz sevgi şeirinizin qəhrəmanınızı tapmanız arzusu ilə" yazan Başak gənc qızlardan müxtəlif reaksiyalar alıb. Bəziləri ikilinin bir-birinə yaraşdığını desə də, digərləri yarızarafatla "sən milyonlarla qızın sevgi qəhrəmanını oğurladın", "bizim şeirlərimizin qəhrəmanını bizdən aldın" yazıblar.