Rusiya və ABŞ Suriyada atəşkəsə dair razılığa gəlib

23 Fevral 2016 10:15 (UTC+04:00)

Rusiya və ABŞ Suriyada atəşkəs rejiminə dair saziş layihəsini imzalayıb.

 

Movqe.az-ın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, atəşkəs rejimi fevralın 27-dən qüvvəyə minəcək.

 

Məlumata əsasən, sənəddən İŞİD və "Cəbhət ən-Nüsrə" qruplaşmalarının adları çıxarılıb.

 

Bundan əvvəl diplomatik mənbə Cenevrədə keçirilən danışıqlarda Suriyada atəşkəs rejimi ilə bağlı razılaşmanın yüksək səviyyədə əldə olunacağını bildirmişdi. 

 

"Əl-Cəzirə" telekanalının məlumatına görə, yaxın saatlarda ABŞ-ın dövlət katibi Con Kerrinin imzalanmış sazişə dair açıqlaması gözlənilir.