Əməkdar artistin efirdə halı pisləşdi

23 Fevral 2016 11:30 (UTC+04:00)

Əməkdar artist Sabir Məmmədovun canlı yayımda halı pisləşib. Movqe.az axşam.az-a istinadən bildirir ki, aktyor "Hər axşam" verilişinə qatılıb, yarıdan sonra isə o görünməyib. Aparıcı Azər Axşam S.Məmmədovun təzyiqinin yüksəldiyini deyib:"Hamı narahat oldu ki, Sabir müəllim niyə efirdə yoxdur. Təzyiqi qalxıb, ona görə efirdən çıxdı. Həkim cağırmışıq, müayinə edirlər".A.Axşam S.Məmmədovun efirə qayıdacağını desə də, aktyor sona qədər görünməyib.