Azərbaycan Macarıstanla qarşılaşacaq

23 Fevral 2016 13:32 (UTC+04:00)

Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan və Macarıstan yığma komandaları Bayıl stadionunda yoxlama oyunu keçirəcək.


Movqe.az Goal.az-a istinadən xəbər verir ki, qarşılaşmanı Səbayel Qurbanova, Xəyalə Əzizzadə, Aybəniz Əsgərzadə və Fəridə Lütfəliyevadan ibarət hakimlər briqadası idarə edəcək.


"CBC Sport" televiziya kanalında canlı yayımlanacaq oyun saat 18:00-da başlayacaq.