Azərbaycanlı müğənni Ukraynanın “Səs” yarışmasında – video

23 Fevral 2016 17:40 (UTC+04:00)

Müğənni Çingiz Mustafayev Ukraynanın "Səs" ("Голос країни") yarışmasına qatılıb. 


Movqe.az-ın axşam.az-a istinadən məlumatına görə, müsabiqənin reklam çarxı sosial şəbəkədə yayılıb. Çarxda Ç.Mustafayev də yer alıb. Veriliş fevralın 28-də efirə gedəcək.

 

Qeyd edək ki, bundan əvvəl Dilarə Kazımova, Vaqif Nağıyev kimi ifaçılar da Ukraynada sözügedən yarışmaya qatılmışdı.