Köpək qadını nəhəng ilandan xilas etdi - FOTO

24 Fevral 2016 08:00 (UTC+04:00)

"Həyəti süpürəndə Rokko yanımda idi. Atılıb-düşür, oynayırdı. Qəflətən durdu, irəliyə diqqətlə baxmağa başladı. Sonra hürdü. Mən də o tərəfə baxanda bizə tərəf sürünən nəhəng ilanı gördüm".Avstraliyanın Sidney şəhərinin yaxınlığındakı Terri Hills səmtində yaşayan 32 yaşlı Erin Beverlinin dediyinə görə, staffordşir-teryer cinsindən olan Rokko  adlı köpəyi onun həyatını xilas edib. Çünki köpək ilanı vaxtında görməsəydi, bu sürünən onu boğaraq öldürə bilərdi.Movqe.az The Daily Telegraph-a istinadən bildirir ki, 2,5 metr uzunluğundakı almaz piton sürünərək həyətə girmişdi və ov axtarırdı.Erinin sözlərinə görə, 10 hektarlıq sahəyə malik evinin ətrafındakı bağda indiyədək dovşanlar, qartallar, ilanlarla qarşılaşıb. Amma belə böyük ilanı ilk dəfə idi ki, görürdü.