Con Kerri: “ABŞ tərəfdaşları ilə Suriyaya dair alternativ planı müzakirə edir”

24 Fevral 2016 09:05 (UTC+04:00)

ABŞ Suriyada atəşkəsə dair razılaşmanın tətbiq olunmayacağını ehtimal edərək, tərəfdaşları ilə dair alternativ planı müzakirə edir. Movqe.az-ın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Con Kerri bildirib.   "Hazırda, Suriyada atəşkəsə dair razılaşmanın tətbiq olunmayacağı ehtimal edilərək, "B planı"na dair mühüm diskussiya aparılır", - deyə Kerri senatda çıxışı zamanı bildirib.  Kerri planın detallarını və müzakirələrdə hansı ölkələrin iştirak etdiyini açıqlamayıb.