Kartofu unutmayın

24 Fevral 2016 21:00 (UTC+04:00)

Uşaq üçün qida rasionu tərtib edəndə kartofu unutmaq lazım deyil. ABŞ mütəxəssislərinin sonuncu tədqiqatı sübut edib ki, kartofun tərkibindəki kaliumu orqanizm daha yaxşı mənimsəyir. Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, yemək seçiminin ömrün ilk illərində formalaşdığını nəzərə alan mütəxəssislər vaxtaşırı uşaqlara kartoflu yeməklər hazırlamağı tövsiyə edirlər.Beylor Tibb Kollecinin əməkdaşları müəyyən ediblər ki, kartof həzm sisteminin normal işləməsinə lazım olan gündəlik sellüloz normasının 8 faizini təmin edir. Orta statistik məktəbli lazımlı sellüloz porsiyasının cəmi 55 faizini və tələb olunan kaliumun 67 faizini qəbul edir. Uşaqlar tərəvəz xoşalmırlar, daha çox "sürətli" karbohidrat mənbələrinə, o cümlədən şokolada və şirniyyata üstünlük verirlər. Ağ kartofu isə heç sevmirlər.Ekspertlər hesab edirlər ki, bu məhsula məhəbbəti hələ uşaq yaşlarında aşılamaq, eyni zamanda digər faydalı məhsulları unutmamaq lazımdır.