"Artıq 3 ildir ki, "Azercell"in bazarda payı stabildir". Movqe.az xəbər verir ki, bu barədə "Azercell" şirkətinin prezidenti Vahid Mürsəliyev bu gün keçirilən mətbuat konfransında bildirib.V. Mürsəliyev deyib ki, 2014-cü ildə şirkət bazar payının hesablanmasını yeni metodla aparır."Bizim hal-hazırda bazar payımız 48,2%-dir, lakin biz yuvarlaq olaraq 48% deyirik", - deyə şirkətin prezidenti vurğulayıb.