ADNSU rektoru Beynəlxalq Universitet Prezidentləri Assosiyasiyasının üzvü seçilib

24 Fevral 2016 12:40 (UTC+04:00)

Azərbaycan Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı dünyada cəmi 450 universitet rəhbərinin adının yer aldığı Beynəlxalq Universitet Prezidentləri Assosiasiyasının üzvü seçilib. Üzvlük sertifikatı artıq rektora göndərilib. Qeyd edək ki, Mustafa Babanlı mərkəzi Nyu-York şəhərində yerləşən və dünyanın bir sıra universitetlərinin rektorlarının təmsil olunduğu qurumda ilk azərbaycanlı rektor kimi ilkə imza atıb. Həmçinin Mustafa Babanlının rektoru olduğu Azərbaycan Dövlət Neft və Sənaye Universiteti  ilk olaraq ingilisdilli universitetlər qrupuna daxil olmaqla da bir qürurverici uğura imza atıb. Belə ki, bundan sonra dünyanın bütün nüfuzlu universitetləri və elm mərkəzləri, tədqiqat institutlar və laboratoriyaları bu universitetin məzunlarını qeyd-şərtsiz qəbul edəcəklər.