Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ilk
dərs saatları Xocalı soyqırımına həsr edilib. Tələbələr ilk
dərslərdə dünyanı Xocalı soyqırımını tanımağa, erməni
separatçılarının Azərbaycanda apardıqları işğalçılıq siyasətini
pisləməyə səsləyiblər. ADNSU-nun Xocalı soyqırımına həsr olunan
tədbirlər planına uyğun olaraq Xocalı soyqırımının dünyada
tanıdılması və pislənilməsi üçün müxtəlif aksiya və tədbirlər
həyata keçirilir. Hər bir fakültədə Soyqırım qurbanlarının
xatirəsini anan fotostendlər hazırlnır, ilk dərs saatlarında
tələbələrə Xocalı soyqırımı ilə bağlı məlumatlar verilir. Xocalı
soyqırımı ilə bağlı internet səhifələrinə Xocalı soyqırımını əks
etdirən məlumatlar daxil edilib. Xocalı soyqırımına həsr olunmuş
rəsm sərgiləri, bədii gecələr keçirilir, tamaşalar hazırlanır,
sənədli və bədii filmlərin nümayişi təşkil olunur. ADNSU tələbələri və əməkdaşlarının
Xocalı faciəsinin 24 illiyi ilə əlaqədar keçirdikləri anım
tədbirləri auditoriyalarda baş tutan oturaq aksiyalarla davam edir.
Xarici ölkə vətəndaşları olan tələbələrimizə erməni işğalçılarının
rus hərbi qüvvələri ilə birləşərək dinc əhaliyə qarşı törətdikləri
insanlığa sığmayan vəhşiliyi erməni cinayətlərini əks etdirən
filimlər nümayiş olunub. Erməni vandalizmi pislənilib. Tezliklə
torpaqlarımızın işğaldan azad olunması tələbi ilə, dünya birliyi
Azərbaycanda törədilən soyqırımlara biganə qalmamağa
çağırılıb.