Putin Əsədə zəng etdi

24 Fevral 2016 14:34 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin və Suriya prezidenti Bəşər Əsəd arasında telefon danışığı baş tutub.


Movqe.az Modern.az-istinadən xəbər verir ki, tərəflər fevralın 27-də qüvvəyə minməli olan atəşkəs rejimi barədə fikir mübadiləsi aparıblar.  


Amerika-Rusiya ortaq təklifi olan atəşkəs planı həm Suriya hakimiyyəti, həm də müxalifət tərəfindən qəbul olunub.