“Azərlotereya” yeni unikal layihələr ortaya qoymaqda davam edir

24 Fevral 2016 14:44 (UTC+04:00)

İlin ilk günündən start götürən sanballı uduş dinamikası 2016-cı ilin uduşlarla zəngin olacağından xəbər verir. 10 min manat uduşla başlayan və iki "Cek Pot" uduşu ilə yadda qalan yanvar ayının 28-də ke,irilmiş "6/40" lotereyasının tirajı bu fikri bir daha təsdiq etdi.

Tirajda yanvar ayının üçüncü "Cek Pot" uduşu qeydə alınmaqla bəxtəvər bir azərbaycan ailəsi 64 min 533 manat məbləğində möhtəşəm uduşun sevincini yaşadı. Fevral ayının ilk tiraj axşamı da iki "Cek Pot" uduşu ilə yadda qaldı. İlk tirajda "Binqo"nun "Cek Pot"u iki iştirakçı tərəfindən uduldu. Həmin gün "5/36" lotereyasının tirajının son mərhələsində lototrondan çıxan 15 rəqəmirəqəm kombinasiyasını düzgün müəyyənləşdirən 3 qalib şəxsin şərikli uduşunu təsdiqlədi və onların hər biri 6min 117 manata sahib oldular. Beləliklə, fevralın iştirakçılara minlərlə irili-xırdalı uduşlar bəxş edən ilk tiraj axşamı beş ailəyə sanballı pul uduşlarının sevincini yaşatdı. Fevralın18-də isə bu ayın üçüncü "Cek Pot" uduşu qeydə alındı və 051271 nömrəli bilet sahibi olan bəxtəvər həmvətənimiz 20 min 100 manat qazandı. Düşərli olsun!

Qeyd etmək lazımdır ki, son vaxtlar lotereya iştirakçıları tirajların ayrı - ayrı turlarında da tez - tez iri məbləğlərdə uduşların sevincini yaşayırlar. Uduşların sayı artdıqca, ənənələrinə sadiq qalan və istehlakçıların müxtəlif zövqlərini nəzərə alan "Azərlotereya" mütəmadi olaraq yeni unikal layihələri onların ixtiyarına verir. Cari ildə yeni "Uğurlu rəqəm 7" ani lotereyası xüsusi populyarlıq qazanmaqdadır. "Uğurlu rəqəm 7" hazırda ani lotereyalarda oynanılan milyondan çox uduşa daha 470 min 764 ədəd uduşun əlavə olunması deməkdir. Bu lotereyada siz bir an içərisində 4 oyunda iştirak edə bilirsiniz. Belə ki, biletinizin üzərindəki "Uğurlu rəqəm", "1-ci oyun", "2-ci oyun", "3-cü oyun" və "4-cü oyun" zonalarının qoruyucu lövhələrini pozduqdan sonra, "Uğurlu rəqəm" zonasında görünən rəqəm oyun zonalarının hər hansı birində görünən rəqəmlərdən biri ilə eyni olarsa bilet uduşlu sayılır. Bundan sonra siz uduşlu olan oyun zonasının qarşısındakı "Mükafat" yazılan sahəni pozaraq udduğunuz məbləği görürsünüz. Lotereyanın unikallığı ondadır ki, bu lotereya bileti iki və daha çox oyunda uduşlu ola bilər və bu uduşlar cəmlənir.

Baharın ilk ayında da istehlakçılar yeni unikal layihələrdə bəxtlərini sınayacaqlar. Lotereyasevərlər martın ilk zəriflik və gözəllik bayramına "Azərlotereya"nın hədiyyəsi olan "Binqo+8" haqqında ətraflı məlumatlanıblar. Mart ayının 7-də bu lotereyanın tirajında iştirakçıları irili- xırdalı çoxsaylı pul uduşları ilə yanaşı 8 ədəd 10 min manatlıq uduşlar gözləyir. Lakin bu martın yeganə bayram lotereyası deyil və əziz bayramımız-"Novruz bayramı" üçün nəzərdə tutulan daha bir layihə artıq istehlakçıların ixtiyarına verilib. "Bahar Sevincləri" lotereyasının tirajı mart ayının 21-də saat 19:30-da "Space" TV-də canlı yayımlanacaq. İnanırıq ki, mart ayının 7-də və 21-də bu unikal lotereyaların maraqlı tirajları sizlərə çoxsaylı uduş sevincləri bəxş edəcək.