Ən kövrək eşq mənzərəsi - FOTO
24 Fevral 2016 16:45 (UTC+04:00)
"Onları marketlərdən birində gördüm. Yaşlı xanım əri ilə
alış-verişdə idi. Xanım dərisinə uyğun makiyaj vasitəsi arayırdı.
Lakin gözləri zəif olduğundan, seçə bilmirdi. Bu zaman əri onu
sakitləşdirdi, seçimə yardım etməyə başladı. Onlar makiyajı
tapdılar. Ər gülümsədi və xanımının alnından öpdü".(milli.az)