"Mitroviç düzgün etmədi"

24 Noyabr 2012 15:09 (UTC+04:00)
Avroliqanın qrup mərhələsinin V turu çərçivəsində Bakıda "Neftçi" ilə 1:1 bərabərə qalan "Partizan"ın kapitanı Saşa İliç oyunla bağlı fikirlərini bölüşüb. Qol.Az-ın məlumatına görə, Serbiya mətbuatına danışan İliç komandasının ikinci hissədə daha yaxşı oynadığını bildirib: "Karyeramda 600-cü matçıma çıxdığım üçün çox şadam. İkinci hissədə rəqibdən üstün oynadıq. Aleksandr Mitroviçin qovulmasına gəldikdə isə onun hərəkəti xoşuma gəlmədi. O, düzgün etmədi. Doğrudur, Mitroviç gənc futbolçudur. Hisslərinə sahib çıxa bilmədi. Ancaq bu da ona haqq qazandırmır".