Facebookda "Bəyən" butonu dəyişdi

25 Fevral 2016 09:50 (UTC+04:00)

Yüz milyonlarla istifadəçisi olan sosial media saytı Facebook tərəfindən, məzmunlarla bağlı "bəyən" butonuna reaksiyalar adı altında yeni xüsusiyyətlər əlavə olunub.Bundan sonra istifadəçilər hadisə və sosial media platformasındakı məzmunlarla bağlı nələr hiss etdiklərini daha ətraflı ifadə edə biləcəklər.Yeni reaksiyalar arasında "Bəyən" ilə yanaşı ürək şəklində "möhtəşəm", "gülümsəmə", "inanılmaz", "kədərli", "qəzəbli" ikonaları yer alır.