Liviyada İŞİD silahlıları təhlükəsizlik qüvvələrinin 11 əməkdaşının başını kəsib

25 Fevral 2016 10:40 (UTC+04:00)

Liviyanın Sabrata şəhərində İŞİD silahlıları 17 təhlükəsizlik qüvvələri əməkdaşını öldürüb.

Movqe.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Sabrata şəhərinin meri bildirib.

Belə ki, 6 nəfər fevralın 23-də terrorçularla gedən döyüşlərdə ölüb. Bir gün sonra isə terrorçular təhlükəsizlik idarəsinin binasını ələ keçirərək 11 nəfərin başını kəsiblər.

Qeyd edək ki, fevralın 19-da ABŞ hərbi təyyarələrinin Sabrata şəhərinə hava zərbələri endirməsi nəticəsində 49 nəfər ölüb. Hədəfdə bir neçə terror aktının təşkilatçısı sayılan tunisli terrorçu Nurəddin Şuşanın olduğu bildirilir.