İlhamə Quliyeva İkinci Fəxri Xiyabanda dəfn olunacaq

25 Fevral 2016 16:50 (UTC+04:00)

Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi sabah saat 12:00-dan 14:00-dək Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək. Trend-ə verilən məlumata görə, xalq artisti İkinci Fəxri Xiyabanda dəfn olunacaq.