Milli Məclisin və Hesablama Palatasının xərclər smetası dəyişdirilir

26 Fevral 2016 12:52 (UTC+04:00)

Milli Məclisin və Hesablama Palatasının 2016-cı il üzrə xərclər smetasında dəyişiklik edilir.Milli Məclisdən Movqe.az-a verilən məlumata görə, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il üçün xərclər smetası haqqında" və "Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında" qanunlara dəyişiklik müzakirəyə çıxarılır.Hər iki layihə martın 4-də keçiriləcək Milli Məclisin plenar iclasında müzakirə olunacaq.