Xocalı soyqrımını anım tədbirləri ölkədə davam edir. Daha bir anım tədbiri 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində baş tutub. Movqe.az-ın məlumatına görə, 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində Xocalı faciəsinin 24-cü il dönümünə həsr olunmuş "Xocalı qan yaddaşımız" adlı ədəbi –bədii kompozisiya keçirilib. Məktəbin akt zalında Xocalı faciəsinə həsr olunmuş şüarlar, qərənfillər, stendlərlə bəzədilmiş, kitab və rəsmlər sərgilənib. Tədbirdə Xocalı İcra Hakimiyyətinin baş məsləhətçisi Xəlil Vəliyev, Qarabağ Həqiqətlərinin Beynəlxalq Aləmə Tanıtma Birliyinin sədri , "Şəhidlər" muzeyinin müdiri - Əlövsət Qasımov , Qarabağ Həqiqətlərinin Beynəlxalq Aləmə Tanıtma Birliyinin icraçı direktoru İradə Murquzova, Tarix elmləri doktoru Hacı Həsənov, Uluslararası Aktivist Sənətçilər Birliyinin Azərbaycan təmsilçisi rəssam Nəvai Mətin və Xocalı sakinləri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub. Aparıcı Xocalı faciəsi haqqında məlumat verdikdən sonra Mərkəzdə fəaliyyət göstərən "Bədii qiraət", "Məktəb teatrı", "Dram" və "Ədəbidiyarşünaslıq" dərnəklərinin üzvləri çıxış etdilər. Onlar "Xocalıda keçən günlər", "Xocalı fəryadı", "Bu günü yaşamaq ağırdır" səhnəcikləri, "Ey vətən", "Xocalı", "Sizi qınamıram", "Laylay Xocalım, laylay", "Haqq yoludur tutduğumuz yol" ədəbi- bədii kompozisiyalarını təqdim etdilər. Mərkəzin Estetik Tərbiyə Şöbəsinin müdiri Naqiyə Rzayeva Xocalı faciəsini qum üzərində canlandırıb. Tədbirin sonunda qonaqlar Xocalı soyrımından söz açaraq, bu soyrımın beynəlxalq aləmdə tanınmasının, unudulmaması üçün bu cür anım tədbirlərinin hər il keçirilməsinin vacibliyini vurğulayıblar.