İyirmi ölkə, 50 şirkət - İŞİD-lə bağlı İDDİA

27 Fevral 2016 14:00 (UTC+04:00)

İyirmi ölkədən olan 50 böyük şirkət partlayıcı maddələrin hazırlanması üçün İŞİD terror təşkilatına müxtəlif materiallar satır.


Movqe.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropada Qarşıdurma və Silahlanma üzrə Araşdırmalar (SYR) qrupunun hesabatında deyilir.

 

Hesabatda görə, siyahıda Türkiyə ilk yerdə qərarlaşıb. İddiaya görə, Türkiyədən 13 şirkət İŞİD-ə partlayıcı maddələrin istehsalında lazım olan materialları çatdırır. İkinci yerdə olan  Hindistanın şirkətlərinin İŞİD-ə bomba istehsalında istifadə edilən odlama mexanizmlər və kabelləri satdığı bildirilir.

 

İsveçrənin "Eroelectrnique est montionnie" şirkəti isə bomba istehsalında istifadə edilən elektron materialları satır. Siyahıda Fransa, İtaliya və bəzi Asiya ölkələri də yer alıb.