Fevralın 26-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində
(ADNSU) Xocalı soyqırımına həsr olunmuş "Yerində donma" aksiyası
keçirilib. Əcnəbi və yerli tələbələrimizin qatıldığı bu aksiya
özünün kütləviliyilə diqqəti çəkib.Əcnəbi tələbə və əməkdaşlarımız
1 saat davam edən "Yerində donma" və "Xocalıya yürüş" aksiyasında
Dünya Birliyini Xocalıda törədilən ədalətsizliyə qarşı susmamağa
səsləyiblər. Tələbə gənclərimiz Xocalıda törədilən qətliamın
günahkarlarının nəhayət beynəlxalq məhkəmə qarşısına çıxarılaraq
cəzalandırılmasını istəyiblər. Tələbələr Xocalı soyqırımına etiraz
edən fotostent və şüarlarla dəhlizlərdə hərəkət ediblər. ADNSU-nun
digər tələbələri də bu aksiyanı yerində donmaqla izləyiblər.
Aksiyada yalnız "Dünya Xocalı Faciəsini tanımalıdır!", "Xocalıya
Ədalət!", "İşğalçı Ermənistan Azərbaycan torpaqlarından
çıxarılsın!", "Dünya Birliyi bu ədalətsizliyə susmamalıdır!" "ADNA
Xocalı soyqırımını pisləyir" və sair şüarlar danışıb.Universitetin
əsas binasının foesində Dağlıq Qarabağ müharibəsi zamanı General
Əlibəy adı ilə tanınan vedili Əlövsət Qasımovun Xocalı faciəsi
dövründə şəkdiyi fotoşəkillər özünün iştirakı ilə nümayiş olunub.
Universitet rəhbərliyi, rektor Mustafa Babanı, prorektorlar və
digər müəllim əməkdaşlar da aksiyaçılara qoşulublar. Bir qrup
tələbə xocalıların xatirəsini "bizdə xocalıyıq" ideyası altında
ölmü ifadə edən flaşmobla –cansız vəziyyətdə yerə yıxılmaqla
tamamlayıblar. Faciə qurbanlarının xatirəsinə karidorlara
qərənfilər düzülüb, şamlar yandırılıb. Rektor Mustafa Babanlı və
tədbirdə iştirak edən prorektorlar yerə qərənfilər
düzüblər.Xocalını anım tədbiri akt zalında davam edib.
Universitet
rəhbərliyi müəllim və tələbələr, Xocalı faciəsinin qurbanlarının
xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Faciə qurbanlarına
Allahdan rəhmət dilənib. M.Babanlı mərasimdə Xocalı soyqırımının
Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi
daxil olduğunu qeyd edib, Azərbaycan xalqının 200 il ərzində erməni
millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım
siyasətinə məruz qaldığını, öz tarixi torpaqlarından qovularaq
qaçqına, məcburi köçkünə çevrilməsi ilə bağlı acı həqiqətlərə
diqqət çəkib. Eyni zamanda bildirib ki, gənc nəsl Xocalı
soyqırımını yaddan çıxarmdan irəli baxmağı bacarmalı və düşmən
üzərindəki qisasını, qələbəsini yüksək elmlərə yiyələnməklə, ağlı,
biliyi ilə qazanmalıdır. "Biz hərəkətlərimizlə, elmi səviyyəmizlə
elə işlər görməliyik ki, uzun illər apardığımız mübarizənin
nəticəsini görə bilək. Biz yalnız o zaman rahat nəfəs alacağıq ki,
Qarabağa qayıdaq, orada həyatı gözəlləşdirək. Yalnız bununla
orada ölənlərin ruhunun şad olacağını düşünüb təsəlli
tapacağıq".
Ə.Qasımov
mərasimdə çıxış edərək, o müdhiş hadisələrlə bağlı şahidi olduğu
erməni vəhşiliyindən danışıb və həmin kadrları fotolentə
köçürməsinin necə ərsəyə gəlməsini qeyd edib.Mərasimində qeyd
olunub ki, Ermənilər Xocalıda insanlığa sığmayan vəhşiliklər,
qəddarlıqlar törədiblər. Erməni qoşunlarının vəhşiliyi nəticəsində
Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275
nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək
ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar.
150 nəfərin taleyi hələ də məlum deyildir. Bu əsl soyqırım idi. Bu
cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə
yetirlimişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş,
üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış,
süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta
meyitləri də təhqir etmişlər…
Bu cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.