Maliyyə Nazirliyinin banklara nəzarət sahəsində səlahiyyətləri artırılıb

27 Fevral 2016 14:47 (UTC+04:00)

Maliyyə Nazirliyinin nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsi sahəsində səlahiyyətləri artırılıb.


Movqe.az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin fevralın 26-da imzaladığı "Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında" fərmanında dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.


Dəyişikliyə əsasən Maliyyə Nazirliyinə müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri kredit təşkilatının aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək səlahiyyəti verilib.