"Həzrəti Yusif"un müəllifi vəfat etdi - foto

27 Fevral 2016 19:30 (UTC+04:00)
İran film sənayəsinin dünyaca məşhur ulduzu Fərəcullah Sələhşur müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Movqe.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 63 yaşlı aktyor, ssenarist və rejissor uzun müddətdir ki,ağciyər xərçəngindən müalicə alırmış

Kino həyatına 1983-cü ildə aktyor kimi çəkildiyi "Nasuh Tövbə" filmi ilə başlayan Fərəcullah rejissoru vəssenaristi olduğu"Əshabi-Kəhf" (1998) və "Həzrəti Yusif" (2008) serialları ilə məşhurlaşıb.