Madonna elə bir etiraf etdi ki...

29 Fevral 2016 08:00 (UTC+04:00)

Dünyaca məşhur ulduz Madonna Filippində verdiyi konserti zamanı 20 min insan qarşısında maraqlı etiraf edib. 


Movqe.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, müğənni məşqçisinin onu aldatdığını deyib:


"Çox gözəl bir məşqçim var idi. Filippindən idi. Sevgilimlə birlikdə olduğu üçün onu qovdum".


Madonnanın dediyi şəxsin 5 il birlikdə çalışdıqdan sonra 2014-cü ildə ayrıldığı Nikol Uinhoffer olduğu ehtimal edilir. Nikol dünyanın bir çox yerində yerləşən idman zallarının sahibidir.