Smartfon vasitəsilə birbaşa pulköçürmələr mümkün olacaq

29 Fevral 2016 23:00 (UTC+04:00)

Almaniyanın "Number26" mobil bankı smartfonun ekranından birbaşa hesab açmağa və maliyyə əməliyyatları aparmaq üçün yeni xidmət istifadəyə verəcək. Movqe.az AzərTac-a istinadla xəbər verir ki, mobil bank "Transferwise" ilə əməkdaşlığı sayəsində əmanətçilərinə xaricə vəsait köçürmək imkanı təklif edə bilər. "Transferwise" р2р-pulköçürmə texnologiyasından istifadə edir. Bu texnologiya sayəsində ödənişlər ənənəvi banklarla müqayisədə daha ucuz başa gəlir. Köçürmələri 8 valyutada aparmaq mümkün olacaq.Qeyd edək ki, "Number26" 2015-ci ilin əvvəlindən müştərilərə xidmət göstərməyə başlayıb. Hazırda mobil bankın 100 min nəfər istifadəçisi var.