Cəlilabad sakinləri tiryək satarkən tutuldular

29 Fevral 2016 13:10 (UTC+04:00)

Cəlilabad rayon sakinləri tiryək satarkən saxlanılıblar.Movqe.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunda rayon sakinləri Şöylət Ağayev və Şahin Əliyev 5 kiloqram 865 qram tiryəki satarkən tutulmuşlar. Ş.Ağayevin üzərinə baxış zamanı 10,215 qram heroin aşkar edilərək götürülmüşdür.