Bitki olmayan yeganə çiçək
26 Noyabr 2012 18:06 (UTC+04:00)
Movqe.Az bildirir ki, Təbiətin təqdim
etdiyi saysız sirrli möcüzələrdən biri də buz çiçəkləridir. -12
dərəcəyə davam gətirən "Aptenia Cordifolia" növündən əlavə,
təbiətdə eyni adı paylaşan və tamamilə buzdan ibarət olan çiçəklər
də var. Parlaq görünüşü və soyuğa davamlılığı ilə tanınan "Aptenia
Cordifolia" zərif bir çiçəkdir. Ancaq eyni adı paylaşdığı və
tamamilə buzdan ibarət olan çiçəklər təbiətin ən maraqlı
elementlərindən biridir. Gecə və ya səhərin yeni açılarkən
ağacların üzərində görülən bu çiçəklərə, "buzdan saqqallar" da
deyilir. Səbəbi, qıvrım strukturları ilə ağacların üzərində böyüyən
ağ saçlara bənzəmələridir. Bu çiçəklərin (buzların) necə meydana
gəldiyinə baxsaq, "io9" saytının verdiyi məlumata görə, buz
çiçəklər istiliyin donma nöqtəsindən aşağı düşdüyü zamanlarda, uzun
köklü bitkilərin və ya ağac qabıqlarının üzərində meydana gəlməyə
başlayırlar. Qış fəslindən çox, bu çiçəkləri baharın əvvəllərində
və ya payızın sonlarında görmə ehtimalı daha yüksəkdir.