Ərdoğan mal varlığını açıqladı

19 Aprel 2012 17:27 (UTC+04:00)

CHP lideri Kamal Kılıçdaroğlunun "Mal varlığını açıqla" çağırışının ardınca Baş Nazirlik saytında Baş nazir Tayyib Ərdoğanın mal varlığını açıqlayıb. Ərdoğanın, 16 iyun 2011-ci il tarixli mal bəyanatı dünəndən etibarən "basbakanli.gov.tr" internet ünvanında "Baş nazir Ərdoğanın özgeçmişi"nin altına qoyulub.

Mal və mülk varlığı siyahısı daha əvvəl Baş Nazirliyin Mətbuat Mərkəzinin "bbm.gov.tr" saytında yerləşdirilib. Müəyyən səbəblərdən siyahı bir müddət sonra qeyd edilən digər sayta keçirilib.

Hökümət rəsmiləri Ərdoğanın mal və mülk varlığının, 16 iyun 2011-ci il tarixində yayımlanması ilə bağlı sualları cavablandırarkən, "Sənədin üzərindəki son tarix olduğu üçün bu qoyuldu. Daha sonra bu siyahıda yenilənmə olmadığı üçün bu tarix olduğu kimi saxlanılıb" cavabını verib. Baş nazir Ərdoğanın mal elanı il boyu aktual olduğu üçün 2012-ci ilə aid bəyanat hələ çıxarılmayıb.


16 İyun 2011-ci il üçün mal varlığı

Daşınmaz əmlak: Güneysu-Dumankaya Kəndi 2 min kvadrat metr torpaq (Qiyməti 10 min TL)


Bank hesabındakı pul və daşınan əmlak: 3 milyon 390 min 384 TL, 25 min Avro, 199 min 867 dollar

Alacaqları: 500 min TL

1 Mart 2010-cu ilə olan mal varlığı

Daşınmaz əmlak: 1- Arnavutköy-Bolluca Kəndi 376 kvadrat metr torpaq (40 min TL), 2- Güneysu-Dumankaya Kəndi 2 min kvadrat metr torpaq (10 min TL)

Bank heabındakı pul və daşınan əmlak: 2 milyon 366 min 109 TL (Şirkət hissələrinin satış gəliri, təqaüdçü hədiyyəsi, təqaüdçü maaşı və millət vəkili maaşlarının cəmi)

Alacaqları: 500 min TL


Movqe.az