Saatda 500 km sürətlə hərəkət edəcək - FOTOLAR
27 Noyabr 2012 19:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, Yaponiya dünyanın ən
sürətli qatarın hazırlanma layihəsini açıqlayıb. Maqnitli qatar
(Magnev) saatda 500 km sürətlə gedə biləcək. Yaponiyanın paytaxtı
Tokio ilə Naqoya şəhəri arasındakı 350 km-lik məsafəni yalnız 40
dəqiqəyə gedə biləcək qatar 2027-ci ildə istifadəyə veriləcək. Hər
nə qədər gec istifadəyə veriməsinə baxmayaraq, L0 model olaraq
təqdim ediləcək qatar, maqnetik raylı qatarları təmsil etməsi üçün
çox əhəmiyyətli bir layihə olaraq qəbul edilir. 1970-ci illərdə
istifadəyə verilən Magnev texnologiyası, qatarın relslər üzərində
təmas etmədən irəliləməsini təmin edir. Yəni, havada irəliləyən
qatarın sürtünməsi sıfıra endiyi üçün çox daha uzun məsafələrə çox
daha sürətli bir şəkildə çata bilir. Dünyanın ən sürətli qatarı,
hələ ki istifadəyə verilməsə də Çinin "CRS" şirkəti tərəfindən
hazırlanan qatardır. Altı vaqona sahib olan və bıçağa bənzəyən
dizaynıyla aerodinamik xüsusiyyətini artıran qatar, yüngül plastik,
maqnezium xəlitə və karbon lifdən hazırlanacaq. 22.800 kW enerji
istifadə edən qatar, 2011-ci ilin dekabr ayında keçirilən testdə
500 km sürətə çatıb. Əvvəllər dünyanın ən sürətli qatarı Çin Yüksək
Sürətli Demiryollarının işlətdiyi qatar idi. Sərnişin qatarı saatda
300 km sürətlə hərəkət edir. Qatarın istifadə enerji isə 9600
kW-dur. Yaponların yeni nəsil Magnev qatarının 14 vaqonu olması və
min sərnişin daşıması planlaşdırılır. Bu an üçün soruşulan ən
əhəmiyyətli sual, güllə kimi gedəcək qatarların bilet qiymətinin nə
qədər olacağıdır. Lakin bu suala cavab hələ verilməyib.

