Metroda bir sıra qadağalar tətbiq edilib

27 Noyabr 2012 20:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, Dubay metrosundan istifadə edən sərnişinlərə metroda spirtli içki içmək, hətta şüşəsini belə daşımaq qadağan oldunub. Hava limanı duty free (gömrüksüz satış) mağazalarından alınan spirtli içkilərin də qadağaya daxil olduğu öyrənilib. Yol və Nəqliyyat İdarəsindən verilən məlumata görə, kütləvi nəqliyyat vasitələrində spirtli içki daşımanın qanunlara zidd olduğu xatırladılıb. Səlahiyyətlilər, bu qaydanın daha əvvəl də etibarlı olduğunu lakin təkrar xatırlatmağa ehtiyac duyduqlarını bildiriblər. Xəbərdarlıq bildirişləri metro stansiyalarına asılıb. Dubay metrosundakı qadağalardan biri də sərnişinləri narahat edəcək ya da təhlükəsizliyi təhlükəyə atacaq ölçüdə böyük çamadan daşınmasıdır. Səlahiyyətlilər, hər sərnişinin ən çox iki çanta daşıya biləcəyini söyləyiblər. Dubay metrosunda hər hansı bir yemək və ya içkiyə də icazə verilmir. Qayda pozularsa elə həmin yerdə cəza kəsilir.