Pitonlar nəsli tükənmə mərhələsində
28 Noyabr 2012 19:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, Pitonlar doqquz
metrlik uzunluğa malik olduğu üçün dünyanın ən uzun ilanları hesab
olunurlar. Əsasən, insanlara çox yaxınlaşmırlar. Görünüşləriylə
qorxulu olan bu heyvanların dərisindən düzəldilən çanta və
aksesuarlara marağın çox olması pitonlar üçün ölümcül bir təhlükəyə
çevrilmişdir. Çünki qadınların gözəllik göstəricisi olaraq bu
heyvanların dərisinə olan maraq ilan dərisi ticarətini son
dövrlərin ən qazanclı sektorlarından biri halına gətirir.
İndoneziyada 30 dollara satılan bir piton dərisindən çanta
düzəldilib üzərinə marka vurulduqda 15 min dollara satıla bilinir.
Cənub-Şərqi Asiyadan ildə 1 milyard dollar dəyərində piton dərisi
ixrac edilir. Bu da yarım milyon piton deməkdir. Heyvan hüquqları
müdafiəçiləri ilə mütəxəssislər, pitonların bu sürətlə ovlanmağa
davam edilməsi çox qısa müddətdə nəsillərinin tükənəcəyi
xəbərdarlığını ediblər.