Albomu 10 milyondan çox satılıb

28 Noyabr 2012 16:26 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İngilis müğənni Adelin son albomu, Linkin Park və Aşerdən sonra bu il içərisində satışı 10 milyonu keçən üçüncü albomdur. "Nielsen SoundScan"nın məlumatlarına görə, Adelin "21" adlı albomu 1991-ci ildən bu yana 10 milyondan çox satışa çatan 21-ci albom olub. Adel, albomdakı "Rolling in the Deep", "Someone Like You" və "Set Fire to the Rain" mahnılarıyla keçən il musiqi siyahılarında ön sıralara yüksəlmişdi. Bu il içərisində satışı 10 milyonu keçən albomlar arasında Linkin Parkın "Hybrid Theory" və Aşerin "Confessions" albomu yer alıb. "21" albomuyla 6 Qremmi və Amerika Musiqi Mükafatları "Ən Yaxşı Müasir Musiqiçi" mükafatına layiq görülən Adel, son olaraq "Skyfall" filminin musiqisini ifa edib.