Dərmanı belə qəbul etməyin

28 Noyabr 2012 17:22 (UTC+04:00)
Movqe.Az bildirir ki, Kanadada aparılan bir araşdırmaya görə, bəzi dərmanların qreypfrut şirəsi ilə içilməsi ölümə belə səbəb olan dərəcədə ciddi sağlamlıq problemlərinin yaranmasına gətirib çıxara bilər. "Canadian Medical Association Journal"da nəşr edilən bir məqaləyə görə, 85 fərqli dərman qreypfrut şirəsi ilə qarşılıqlı təsirə girir. Londondakı "Lawson" Sağlamlıq Araşdırmaları İnstitutundan Devid Baileyin görə, qreypfrut şirəsi ilə içilən dərmanların yaratdığı fəsadlar son dörd ildə 17 faizdən 43 faizə qalxıb. Bailey, qreypfrutun içindəki bir fermentin dərmanların gücünü artıraraq dozasının normadan çox təsir etdiyini açıqlayıb. Qreypfrut şirəsi ilə qarlılıqlı təsirdə olan dərmanlar arasına ürək dərmanları, ağrı kəsicilər və şizofreniyadan müalicə alanların qəbul etdiyi dərmanlar daxildir. Qreypfrut şirəsi ilə dərman qəbul edildiyi zaman ciddi təsirlər baş verə biləcəyindən xəbərdar olmaq lazımdır. Bu təhlükələr arasına qastrointestinal qanamalar, böyrəklərin iflas etməsi, nəfəs alıb-verməkdə çətinliklər və ani ölümlər daxildir.