“907-ci düzəliş”in ləğv edilməsinin vaxtı çatıb”

20 Aprel 2012 09:15 (UTC+04:00)

ABŞ tərəfindən 1992-ci ilin oktyabr ayında qəbul edilmiş "Azadlığın dəstəklənməsi aktı" qanununa "907-ci düzəliş"in ləğv edilməsinin vaxtı çatıb. Bunu Vaşinqtonda İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞHökumətlərarası Komissiyanın III iclası zamanı maliyyə naziri Samir Şərifov deyib. "Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır "907-ci düzəliş"in hələ qüvvədə qalması iki dövlət arasındakı münasibətlərə adekvat deyil. Bu maddənin ləğvi ölkələr arasında münasibətlərinin möhkəmlənməsinə əngəl olan əsas maneələri aradan qaldıracaq".  S.Şərifov həmçinin qeyd edib ki, ABŞ strateji təhlükəsizlik enerji tərəfdaşı olan Azərbaycan dair diskriminasiya xarakterli köhnəlmiş Cekson-Venik tələblərini aradan qaldırmalıdır. "1974- ildə qəbul olunan bu düzəliş yəhudilərə mühacirət etməyə imkan verməyən SSRİ ilə ticarət əlaqələri yaratmağı qadağan edir. SSRİ dağılsa da, yəhudilərin mühacirətinə qoyulan qadağalar qüvvədən düşsə , Cekson-Venik düzəlişi sonradan bəzi respublikalara tətbiq olundu". Bu düzəlişin bir sıra ölkələrə şamil olunub, digərlərinə şamil olunmamasının müəyyən suallar doğurduğunu vurğulayan  komissiyanın həmsədri bildirib ki, Dövlət Departamenti tərəfindən Konqres qarşısında məsələ qaldırılmalı nəhayət bu düzəlişin ləğv edilməsinə nail olunmalıdır.

Movqe.az