Çində mobil internet abunə sayı 750 milyona çatıb

30 Noyabr 2012 20:21 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Çindəki mobil internet abunə sayının 750 milyona çatdığı ifadə edilib. Çin Sənaye və İnformasiya Nazirliyinin məlumatlarına görə, yanvar-oktyabr ayları arasındakı 10 aylıq dövrdə mobil internet abunə sayı 116 milyon artaraq, 750 milyona çatıb. Nazirlik həmçinin ağıllı telefonlar üçün edilən tətbiq  inkişaf etdirici sayının da 1 milyonu aşdığını və mobil internetdəki sürətli inkişafla birlikdə ölkədəki internet sektorunda yeni bir səhifənin açıldığını bildirib.