Məşhur memar Zaha Hadid dünyasını dəyişib

1 Aprel 2016 09:00 (UTC+04:00)

Dünya şöhrətli memar Zaha Hadid dünyasını dəyişib.


Movqe.az-ın "The Guardian"a istinadən verdiyi məlumata görə, Z.Hadid bronxit xəstəliyindən müalicə olunduğu Mayamidəki hospitalda vəfat edib.


65 yaşlı İraq əsilli xanım memar Bakıdakı Heydər Əliyev Mərkəzinin, London Su İdmanı Mərkəzinin və bir sıra digər məşhur memarlıq nümunələrinin müəllifi olub.