Faiq Ağayev dələduzun qurbanı oldu - foto

1 Aprel 2016 09:45 (UTC+04:00)

Xalq artisti Faiq Ağayev də son zamanlar aktual olan kontur dələduzluğunun qurbanına çevrilib. 


Movqe.az-ın məlumatına görə, vətəndaşları aldadaraq mobil nömrəsinə iri məbləğdə kontur yüklədən fırıldaqçı Faiq Ağayevi də toruna salıb. Bu haqda xalq artisti sosial şəbəkədə məlumat yayıb:

 

"Az öncə telefonuma 050-856-92-75 nömrəsindən zəng edən şəxs, guya, səhvən balansıma pul yüklədiyini söylədi. Baxdım ki, doğrudan da, telefonuma bu barədə SMS gəlib. Özünü Elvin kimi təqdim edən həmin adam rica etdi ki, ona həmin məbləğdə ödəmə kartları alıb, şifrələri sms-lə göndərim. Heç bir hiylə hiss etmədən elə də etdim. Sən demə, hesabıma pul yüklənməsi haqda gələn sms-i göndərən mobil operator deyilmiş, elə o adamın özü imiş. Ehtiyatlı olun, əzizlərim. Camaatın qəlb təmizliyindən haramcasına istifadə edən belə oğrulara, cibgirlərə, şərəfsiz müftəxorlara inanmayın!". (axşam.az)