Qızıl topa 3 namizədin adı artıq məlum olub
30 Noyabr 2012 10:30 (UTC+04:00)
Bu gün Braziliyanın San-Paulu şəhərində "Qızıl top 2012"-yə iddia
edən üç finalçının adı müəyyənləşib.
Məlumata görə, onlar ispaniyalı Andres İnyesta, argentinalı Lionel
Messi (hər ikisi "Barselona") və portuqaliyalı Kriştiano Ronaldodur
("Real Madrid").
Dünyanın ən yaxşı futbolçusu yığma komandaların baş məşqçiləri və
kapitanları, habelə jurnalistlərin səsverməsi nəticəsində bəlli
olacaq.
Qalibin adı yanvarın 7-də elan ediləcək.
Qeyd edək ki, Messi bu mükafata üç dəfə (2009, 2010, 2011) sahib
çıxdığı halda, Ronalda yalnız bir dəfə (2008) "Qızıl top"un qalibi
olub.