Yenidən futbol eksperti işləyəcək

1 Aprel 2016 13:12 (UTC+04:00)

Martın 30-da "Valencia"nın baş məşqçisi postundan istefaya göndərilən Qari Nevill gələcəyi barədə seçim etməlidir. "Valencia"nın sahibi Peter Limlə yaxşı münasibətləri olmasına rəğmən, ingilis mütəxəsis 4 aylıq fəaliyyəti dövründə cəmi 10 oyunda qələbəyə sevinmişdi. Movqe.az xəbər verir ki, Nevill əvvəlki iş yeri "Sky" kanalından əməkdaşlıq barədə təklif alıb. 41 yaşlı mütəxəsisin əsas diqqətini AVRO-2016-da İngiltərə millisində köməkçi məşqçi  kimi iştiraka yönəltdiyi bildirilir. Bundan sonra "Manchester United"in eks müdafiəçisi nə ilə məşğul olacağına qərar verəcək. (goal.az)