ARDNF 1 banka 1 mln. dollar satıb

1 Aprel 2016 14:00 (UTC+04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.


Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.


Fonddan Movqe.az-a verilən məlumata görə, bu vəsaitdən 1 milyon ABŞ dolları məbləğində vəsait 1 banka satılıb.


İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəkdir.