Ronaldo: "Brazilya futbolu çətin dönəmini yaşayır"
1 Noyabr 2012 12:23 (UTC+04:00)
Braziliya futbolunun canlı əfsanəsi Ronaldo yenidən maraqlı
açıqlamaları ilə diqqət çəkib.
Məlumata görə "Globoesporte"yə danışan Ronaldo Braziliya futbolunun
tarixinin ən pis mərhələsini yaşadığını bildirib:
"Hazırda Braziliya futbolu çətin dönəmdən keçir. Çünki bizim
Avropada qol vuran oyunçularımız yoxdur. Doğrudur, millidə daha çox
gənclərə üstünlük verilir. Həmin oyunçulardan ən önəmlisi də
Neymardır. Hansı ki, o "Qızıl top" mükafatına namizədlər sırasında
yer almışdı. Bununla belə, hazırda millidə vəziyyət heç də ürəkaçan
deyil. Məncə, Braziliya futbolu tarixinin ən pis
mərhələsindədir".
Qeyd edək ki, Ronaldo sonda Braziliya və İspaniya yığmalarının
"DÇ-2014"ün əsas favoritləri olduğunu bildirib.