Saxta mesajlara aldanmayın - DİQQƏT!

2 Aprel 2016 11:00 (UTC+04:00)

Hansısa mobil operatordan sizə mesaj gəlsə ki, balansınıza 40 manatlıq kontur yüklənib və bunu qaytarmağınızı xahi etsələr qətiyyən inanmayın. Çünki son günlər insanların pulunu bu yolla oğurlayan dələduzlar peyda olub. Artıq onlara aldanan şəxslər də var.


Yenə dələduzlar müxtəlif yollarla insanların pulunu yeməyə çalışır. Göndərilən mesaj belədir. Hörmətli abunəçi. 000-000 00-00 (Şərti) nömrəli abonent sizin balansınıza 40 AZN yükləmişdir. Daha sonra isə həmin nömrədən zəng olunaraq yalnışlıq baş verdiyi bildirilərək pul geri tələb olunur.


Təəssüf ki, dələduuzn toruna düşənlər olub. Vətəndaş balansında olan 6 manatlıq konturu təcili sürətdə sözügedən nömrəyə göndərib. Daha sonra isə balansında kontur qalmadığını görəndə aldadıldığını anlayıb. Ona görə də bu cür hallarla qarşılaşdıqda maksimum diqqətli olmaq və balansı yoxladıqdan sonra tədbir görmək lazımdır.


Mobil operatorlar da atv olay vasitəsilə abunəçilərinə xəbərdarlıq edir ki, bu cür saxta mesajlara qətiyyən aldanmasınlar.