Vətəndaşın 11 min manatını alan şəxsə 13 il cəza verildi

1 Aprel 2016 17:06 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Ramin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


Movqe.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Məmmədov 13 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, R.Məmmədov Bakı şəhər sakininə qarşı quldurluq edərək onun 11 min manatdan çox pulunu alıb. Zərərçəkən məsələ ilə bağlı polisə müraciət edib. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 181.3.2-ci (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsi ilə ittiham verilib.