ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ başlanır

2 Aprel 2016 07:09 (UTC+04:00)

Nüvə sammitində iştirak etmək üçün ABŞ-da olan Azərbaycan Prezidenti İlham Əliyev bu ölkədə çoxsaylı görüşlər keçirib. Bu görüşlərdə ikitərəfli münasibətlərin keçmişi, bu günü və gələcəyi müzakirə mövzusu olub. Azərbaycan Prezidenti ABŞ dövlət katibi Con Kerri, bu ölkənin ticarət naziri Penni Pritzker, ayrıca konqresmenlərlə və yəhudi lobbisinin rəhbərləri ilə görüşüb. Çu görüşlərin hər biri iki ölkə arasında əməkdaşlıq üçün olduqca vacibdir.

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayevin fikrincə, Vaşinqtonda olan bu görüşkzh Azərbaycanın ABŞ-dakı mövqelərinin möhkəmlənməsinə gətirib çıxarır: "Bəzi mütəxəssislər Azərbaycan Prezidentinin ABŞ-da keçirdiyi görüşləri tarixi bir görüş kimi səciyyələndirirlər. Onlarla razıyam. Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında son 10 ildən artıq bir müddət ərzində münasibətlərin xarakteri, siyasi əlaqələrin genişlənməsi və bir sıra digər məqamlardan baxanda həqiqətən görürük ki, son görüşlər bir sıra məsələlərə ən azından cavab verdi, dəqiqləşdirildi.

Azərbaycanın geosiyasi əhəmiyyətindən, ölkəmizin dünya iqtisadiyyatına, qlobal siyasətə, regional proseslərə, yerləşdiyimiz qitədə enerji təhlükəsizliyi məsələsinə verdiyi töhaədən həmişə qürurla danışırıq. Çünki bunu edən bizim dövlətimizdir. Qonşuluğumuzda yerləşən Cənubi Qafqaz dövlətlərinin heç biri bunu ya etmir, ya da etmək iqtidarında deyil. Həmişə istəmişik ki, Azərbaycanın bu əhəmiyyətini başa düşsünlər, görsünlər. Bütün bunların müqabilində Azərbaycanın çətinliklərinə də diqqətlə nəzərə salınsın, bilinsin ki, hansı maneələr, problemlərlə üzləşməsinə baxmayaraq, ölkəmiz dünyada bu qədər prosesə töhaə verə bilir. Bu kontekstdə də həmin problemlərin həllinə yardım göstərsinlər.

Dünya siyasəti elədir ki, bütün proseslər əlaqəlidir. Dövlətlərarası münasibətlər, beynəlxalq təşkilatlardakı fəaliyyət bir-birilə əlaqəlidir. Böyük təsir gücünə malik proseslər var ki, bütün dövlətləri bu və ya digər cəhətdən əhatə edir. Bu mənada həmişə istəmişik ki, Azərbaycanın rolu və mövqeyinə verdiyi töhfəyə düzgün qiymət versinlər. Amerikada ən yüksək səviyyədə keçirilən görüşdə bu ölkənin vitse-prezidentindən tutmuş, dövlət katibi, Konqres üzvlərinin hamısının dilindən etiraf olundu ki, Azərbaycan ABŞ dövlətinin siyasəti üçün əhəmiyyətlidir. Bu deyilənlər də elə-belə təsadüfü deyil. Məhz bu məqamlara istinadən mütəxəssislər həmin görüşlərdən tarixi nəticə çıxdığı fikrinə gəliblər.

Digər tərəfdən, problemlərimizi həll edəndə, müstəqil ölkə olaraq müstəqil siyasətimizi yeridəndə, bu, kimlərinsə xoşuna gəlməyəndə, müəyyən əngəllər törədiləndə də cəsarətli siyasətindən Azərbaycan dövləti heç zaman imtina etmədi. Yəni, imkanlarımız daxilində kimdənsə nəyisə ummamışıq. Həmişə istəmişik ki, bizi düzgün başa düşsünlər, problemimizə ədalətli və beynəlxalq hüquq çərçivəsində münasibət bildirsinlər. Həmişə bunu istəmişik.

Yüksək səviyyədə Azərbaycanın rolu və mövqeyi haqqında deyilən fikirlər onu göstərir ki, həqiqətən də ölkəmizin əhəmiyyətini başa düşürlər. Təsadüfü deyil ki, Amerikada müəyyən dairələr, yəhudi təşkilatlarının nümayəndələri etdikləri mütaciətdə xüsusilə Azərbaycana münasibətdə səhvlər buraxıldığı, bəzən ədalətli münasibət bəslənilmədiyini nəzərə çatdırırlar. Azərbaycanı doğru və yaxşı tanımaq, siyasətini düzgün qiymətləndirmək lazımdır. Onlar bizimlə əmakdaşlıqdan ancaq fayda götürə bilərlər. Azərbaycan heç bir dövlət, qonşu üçün heç bir problem yaratmır. Əslində, qonşunun yaratdığı problemlə üz-üzəyik. Ölkəmizdə daxili siyasi sabitlik, təhlükəsiz mühit hökm sürür. Bütün bunların əsasında Azərbaycan özünə arxayın, böyük beynəlxalq təşəbbüslərlə çıxış edir. Bu təşəbbüslərin nəticəsi olan işlər də göz qabağındadır. Bunu artıq ABŞ-da da görərək etiraf edirlər. Bunları görməmək də mümkün deyil. Azərbaycan siyasətini yaxşı tanıyan və izləyənlər bilir ki, hansısa geosiyasi güclər arasında qarşıdurmaya rəvac verə bilən məqamlardan həmişə imtina olunur. O əsasda imtina olunur ki, Azərbaycan müstəqil siyasət yeridir, siyasətimiz açıq, prinsiplərimiz bəllidir. Heç bir xarici gücə də imkan verə bilmərik ki, ölkəmizi geosiyasi güc mərkəzlərinin mübarizə meydanına çevirsinlər. Bütün bunlarda cəsarətli mövqe tutmaqla bərabər, siyasətimiz həm də özümüzə qarşı rəğbət qazana bilrir. Bu mənada cənab Prezidentin ABŞ-a səfərini çox yüksək qiymətləndirir və onun haqqında deyilən yüksək sözlərin hamısını dəstəkləyirəm".