PKK Türkiyədəki terror aktına görə məsuliyyəti üzərinə götürdü

1 Aprel 2016 18:10 (UTC+04:00)

PKK terror təşkilatı ötən gün Türkiyənin Diyarbəkir vilayətində törədilmiş terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.


Movqe.az-ın "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, hazırda polis terror aktının təşkilatçılarının şəxsiyyətini müəyyənləşdirir.


Qeyd edək ki, dünən Diyarbəkirdə törədilmiş terror aktı nəticəsində 7 polis ölüb, 27 nəfər isə xəsarət alıb.