Məhərrəm Əliyev Prezident Administrasiyasının şöbə müdiri təyin olunub

1 Dekabr 2012 11:12 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev Məhərrəm Əliyevi yeni vəzifəyə təyin edib.

APA-nın xəbərinə görə, M. Əliyev Prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Prezidentin digər sərəncamı ilə M. Əliyevə general-leytenant hərbi rütbəsi verilib və o, həqiqi hərbi xidmətə qəbul edilib.

Qeyd edək ki, M.. Əliyev bundan əvvəl Bakı şəhər Baş Polis İdarəsinin rəisi və Azərbaycanın Tacikistandakı səfiri vəzifələrində çalışıb.