"Moskva və Vaşinqton Dağlıq Qarabağda vəziyyəti tənzimləmək üçün daha çox şey edə bilərlər"

2 Aprel 2016 17:15 (UTC+04:00)

Rusiya Federasiya Şurasının Beynəlxalq işlər komitəsinin sədri Konstantin Kosaçev hesab edir ki, Moskva və Vaşinqton Dağlıq Qarabağda vəziyyəti tənzimləmək üçün daha çox şey edə bilərlər.


Movqe.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, o bu gecə Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsini olduqca təhlükəli hadisə adlandırıb: "Moskva və Vaşinqton Dağlıq Qarabağda qan tökülməməsi üçün həqiqətən də çox şey edə bilərlər".