Diktator "Aclığa hazırlaşın!" dedi, arıqladı - FOTO

2 Aprel 2016 23:00 (UTC+04:00)

Dünyanın ən qapalı ölkələrindən biri, diktaturanın hökm sürdüyü Şimali Koreya Xalq-Demokratik Respublikasının lideri Kim Çen In arıqlayıb. Son fotolarda o, çəkisinin ən azı 7-11 kiloqramından qurtulmuş insan təsiri bağışlayır.


Movqe.az AsiaOne-a istinadən bildirir ki, ekspertlər bunu diktatorun son iki həftədə dəfələrlə təkrarladığı və ölkə vətəndaşlarına ünvanladığı müraciəti ilə bağlı olduğuna şübhə etmirlər.


Kim Çen In son iki həftədə 6 bəyanat verərək Şimali Koreya xalqını "daha genişmiqyaslı sanksiyalara və embarqolara, mənfur imperializmin məkrli addımlarına hazır olmağa" çağırıb.


Bu isə Şimali Koreyada 1990-cı illərdə yaşanmış dəhşətli qıtlıq və aclığın təkrarlanacağı deməkdir.


Xalqı aclığa hazırlaşmağa çağıran Kim Çen In əvvəlki təki tosqun görünəcəyi təqdirdə vizual dissonans yaranacağını anladığından arıqlamağa qərar verib.