Amsterdamda “Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqaz regionunun problemləri” mövzusunda konfrans keçiriləcək

1 Dekabr 2012 17:02 (UTC+04:00)

Mərkəzi qərargahı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresi (BAK) 10 dekabr - Dünya İnsan Haqları Günündə Avropa Türk Demokratları Birliyi (UETD), Türk Evi Araşdırma Mərkəzi, EkoAvrasiya və ATXƏM təşkilatları ilə birlikdə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqaz regionunun problemləri" mövzusunda konfrans keçirəcək. Bu barədə APA BAK mətbuat xidmətinə istinadən məlumat verir.

Konfransı keçirməkdə məqsəd Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində azərbaycanlıların etnik təmizləmə siyasətinə məruz qalması, işğal altındakı ərazilərdə xalqımıza məxsus tarixi, mədəniyyət və incəsənət abidələrinin dağıdılması, Dağlıq Qarabağ münaqişəsi barədə dünya ictimaiyyətini ətraflı məlumatlandırmaqdan ibarətdir.

Konfransın işində Qafqaz Araşdırmalar Mərkəzinin, Ahi Evran Universitetinin, beynəlxalq insan haqları təşkilatlarının, siyasi dairələrin nümayəndələri və diplomatlar iştirak edəcəklər.

Konfransda qəbul olunacaq qərarlar dünya mətbuatına, siyasi və akademik dairələrə, beynəlxalq insan haqları təşkilatlarına ünvanlanacaq.

Konfransa Azərbaycanın, qardaş Türkiyənin və digər türkdilli dövlətlərin rəsmləri də dəvət olunacaqlar.